Bu gün yerli bazarda gördüyünüz və dadına baxdığınız geniş çeşidli bütün qida məhsulları bir vaxtlar fərqli insanların təxəyyülünün nəticəsində formalaşmışdır. Duzlu və ya istiotlu şokolad, kakos dadında kruasan, qarışıq taxıllı çörək və s kimi dadlar ilk əvvəl fikir, daha sonra isə məhsul olaraq reallaşdırılaraq bazara təqdim olunmuşdur. Azərbaycanda bu sahənin inkişaf etməmə səbəbi uzun müddət SSRİ-nin tərkib hissəsində olması və ГОСТ standartlarından kənara çıxa bilməməsidir. Bu məqamın illər keçməsinə baxmayaraq bir çox şirkətlərdə yeniliklərə açıq olmama, hər şeyə skeptik yanaşılma kimi yanlış stereotiplər formalaşdırdı. Belə olan halda isə yeni məhsulların, məhsul çeşidlərinin yaradılmasından söhbət gedə bilməzdi.
 
Besting şirkəti olaraq biz də yerli bazarda gördüyümüz işlər məhz bunun üzərində qurulmuşdur. Təqdim etdiyimiz ARGE xidməti də məhz yeni məhsul və ya reseptura yaratmaq istəyən, cari məhsulunun çeşidlərinin artırılmasını planlayan, o cümlədən bir məhsul üzrə üzləşdiyi problemin araşdırılmasını istəyən sahibkarlar üçün nəzərdə tutulmuşdur.

Niyə ARGE xidməti autsours olunmalıdır?

Şirkətlər öz mütəxəssislərini özləri yetişdirməyi üstün tutduqları halda bu prosesdə zaman, maliyyə və trend faktorunu unudurlar. Bir mütəxəssisin formalaşması üçün şirkətin sərf edəcəyi zaman 4-5 il, xərcləyəcəyi vəsait isə 50 - 100K USD arasında dəyişir. Bundan əlavə gələcək mütəxəssisin oxuduğu zamanda trend və texnologiyada durmadan inkişaf edir. Sözügedən bu faktorları nəzərə aldıqda şirkətlərin ARGE xidmətini autsors etmələri onlar üçün daha əlverişlidir.

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

Müraciət formu

Üstünlüklərimiz

  • Doğru dəyərləndirmə
    Biz istəklərinizi doğru istiqamətə yönləndirməyə dəstək olmağa hazırıq. Siz yaratmaq və ya təkmilləşdirmək istədiyiniz məhsul barəsində məlumat verin, biz onun gələcək perspektivləri və daha yaxşı necə olması ilə bağlı doğru dəyərləndirmələr etməniz üçün həll yolları təqdim edək.
  • Görmədiyiniz portfolio
    Yerli istehsalçıların bazara təqdim etdikləri bir çox qənnadı və un məmulatlarının qida mühəndisi olaraq Sizə kifayət qədər portfolio təqdim edə bilərik. Əlimizdə olan məlumat bazası ilə istəklərinizi həyata keçirmək və suallarınıza cavab tapmaq rahat və sürətli olacaq.
  • İşini bilən mütəxəssislər
    Yerli bazarda kimlərin həqiqi mütəxəssis, kimlərin isə bilgi sadəcə “mute” alınmış xəsis olduğunu yaxşı bilirik. İnsan kapitalına etdiyimiz davamlı yatırımlar ilə prosesləri sona kimi tamamlayacaq mütəxəsislər təqdim etməyə və bu işdə nəzarəti təmin etməyə hazırıq.
  • Yeni istiqamət və texnologiyalar
    15 illik texnoloji təcrübəmiz bizə istehsalatınızda olan avadanlıqlarla daha hansı istiqamətlər üzrə inkişaf edə biləcəyinizi müəyyən etməyə imkan verir. İstehsalatınızı artırmaq və daha çox gəlir əldə etmək üçün isə Sizi yeni texologiyalar ilə tanış etməyə hazırıq.
  • Faydalı məsləhətlər
    Yerli və Qlobal üzrə qida sahəsində baş verənləri diqqətlə izləməyimiz Sizin üçün faydalı məlumat və məsləhət bazası ola bilər. “Məsləhətli don gen olar” ifadəsi biznes prinsiplərinizlə ziddiyyət təşkil etmirsə, o zaman təcrübədən doğan məsləhətlərimizlə Sizə faydalı olmağa hazırıq.
  • İllik xidmət paketi
    Uzunmüddətli korporativ münasibətlərimizi illik sərfəli ARGE xidməti ilə rəsmiləşdirərək, daha da faydalı olmağı təklif edirik. Sizin hər zaman müraciət edə biləcəyiniz bir marka olduğunuza, biz isə inkişaf etdirib zövq alacağımız bir müştərimizin olduğuna fokuslanırıq.