Besting hansı ölkənin brendidir?

Besting 2018-ci ildə Azərbaycanda qurulmuş qənnadı, çörək və şokolad sektoru üçün qida xammalları istehsalı ilə məşğul olan şirkətdir.

Regionlarda nümayəndəliyiniz varmı? Bölgələrə çatdırılma varmı?

Bəli,müxtəlif regionlarda da fəaliyyət göstəririk.  

Çörək mixlərinizin üstünlükləri nələrdir? (Klassiklə müqayisədə)

Sadəcə su və maya əlavə olunaraq hazırlanır;
•⁠  ⁠⁠Xüsusi dadı və ətri;
•⁠  ⁠İstifadə rahatlığı;
•⁠  ⁠Standart keyfiyyət;
•⁠  ⁠Zamandan və enerjidən qənaət;
•⁠  ⁠Əlavə qatqıya ehtiyac olmamağı.

Yeni çeşidlər (dessert,tort və ya çörək) istəsək bununla bağlı bizə necə köməklik bilərsiz?

Satış nümayəndəsinə bununla bağlı məlumat verirsiniz, daha sonra usta komandamız yaxınlaşıb analiz edir və istəkləriniz istiqamətdə işlərə başlayır.Əlavə olaraq əməkdaşlıq etdiyiniz müddətdə şirkət sizə usta dəstəyi verməkdə davam edir.

Məhsulun keyfiyyəti qane etməzsə geri qaytarmaq mümkündürmü?

Əgər məhsulun keyfiyyətində istehsal prosesindən qaynaqlanan hər hansı bir uyğunsuzluq aşkarlanarsa, məhsulu geri qaytarmaq mümkündür. Biz sizə eyni miqdarda məhsulu tamamən ödənişsiz əvəz edirik!

İstifadə qaydasını hardan öyrənə bilərik?

İstifadə qaydası hər məshulun etiketinin üzərində qeyd edilib, kütləvi istehsalat sahələrində isə reseptə tətbiq qaydası şirkətimizin demo ustaları tərəfindən həmin istehsal sahəsində 1-7 gün müddətində keçirilən məhsul nümayişi zamanı təqdim edilir.

Məhsul nümunələri ödənişlidirmi?

1kq-dan az olan məhsullar tamamilə ödənişsizdir.

Çatdırılma hansı müddətə həyata keçirilir?

Sifarişlər götürüldüyü gündən sonrakı gün ünvana çatdırılma edilir.

Məhsullarınızı necə əldə etmək olar?

Məhsullarımızı satış nümayəndələrimizə sifariş etməklə və yaxud ofisə zəng vasitəsilə, ya da Əlaqə bölməsində qeyd olunan e-mail üzrə müraciət məktubu göndərməklə əldə etmək olar.