"Besting" şirkəti yeni saytını təqdim etdi

03.02.2020

Şirkətin qida mühəndisi Həvva Uğur’un sözlərinə görə yenilənmiş sayt Marcom Marketinq və Kommunikasiyalar şirkəti tərəfindən hazırlanmışdır. “Marcom şirkəti tərəfindən təqdim olunmuş yeni saytın interfeysi bizim fəaliyyət istiqamətinə tam uyğun gəlir. Şirkətin təqdim etdiyi texniki imkanlar isə genişdir. Bu bizə gələcəkdə saytda ehtiyac yaranacaq dəyişiklikləri etməyə imkan yaradır. Hal-hazırda saytda kontent üzrə yenilənmələr olunmaqdadır ki, bu da Marcom şirkəti ilə birlikdə həyata keçirilir. Gələcəkdə saytda fəaliyyət istiqamətlərimiz üzrə daha geniş faydalı məlumatlar və funksionallıqlar təqdim etməyi planlaşdırırıq. Yenilənmiş saytımız bizə xarici bazarlara məhsul satmağa və əhatə dairəmizi genişləndirməyə dəstək olacaq. Bunun üçün Marcom şirkəti ilə görüləcək işlərin ikinci mərhələsini müzakirə edirik.”

Marcom-un Bestinq markası üzrə layihə meneceri Nigar Əliyeva’nın sözlərinə görə sayt müştərinin istəkləri və şirkətimizin əlavə təklifləri əsasında hazırlanmışdır. “Bestinq şirkəti ilə çalışmaq, şirkətin təqdim etdiyi məhsulları tanımaq və inkişafına təkan vermək bizim üçün önəmli məsələdir. Saytla bağlı işlərin birinci hissəsi demək olar ki tamamlanmışdır. İkinci mərhələdə sayt üzərindən daha geniş funksionallıqlar formalaşdırmağı planlaşdırırıq. Məqsədimiz həm Bestinq şirkətinin təqdim etdiyi məhsulları bazara tanıtmaq, həm də saytı qida sektoru üzrə faydalı platformaya çevirməkdir.”

Qeyd edək ki, Bestinq şirkəti Azərbaycan bazarında 2018-ci ildən fəaliyyət göstərməyinə baxmayaraq təqdim etdiyi məhsullarının keyfiyyətinə görə yerli bazarda kifayət qədər müştəri cəlb edə bilmişdir. Şirkətin 2020-ci il üçün planları təqdim etdiyi məhsulları xarici bazara ixrac etməkdir.