Təbii tərkibli çörək sağlam həyat tərzi üçün qida vasitəsidir
Çörək yemək ya çörəkdən imtina etmək? Bu sual çoxlarını düşündürür. Bəzi insanlar çörəyi tamamilə gündəlik rasionlarından çıxarır. Bəziləri isə “Mən çörəksiz doymuram, çörəksiz qala bilmərəm” deyərək bu məhsulun faydalılığını iddia edir.
Bəs çörək həqiqətən faydalıdırmı?
Çörək təkcə dadlı olmaqla qalmayıb əslində həm də faydalı məhsuldur. Ümumdünya Səhiyyə Təşkilatı da çörəyin gündəlik rasionda vacibliyini təsdiq edir. Çörək enerji mənbəyi və çoxlu sayda faydalı elementlər toplusudur. Məsələn, çörəyin əsas qida dəyəri tərkibindəki kompleks karbonhidratlardır ki, bunlar digərlərindən fərqli olaraq emal edilməyib və liflərdən təmizlənməyib. Bu da öz növbəsində həzmetmənin daha çox zaman almasına səbəb olur və nəticədə də toxluq hissinin daha uzun zaman qalmasını təmin edir. Çörəkdə zülallar vardır ki, bu da əzələ inkişafını və bədənin formada qalmasını təmin edir və s.
Bəs çörək və un məmulatları seçimində doğrumu qərar veririk? Hansı un məmulatlarına üstünlük vermək lazımdır?
Zəmanəmizdə bir çoxları marketlərdən, çörəkçilərdən aldıqları çörəklərin tam təbii olmadığı fikri ilə daha çox təndir çörəklərinə üstünlük verir. Dadlıdır, doğrudur.. Amma pəhriz saxlayan insanlar və artıq çəkilərdən azad olmaq istəyən insanlar, səhhətində problemləri olan insanlar bu təamdan özlərini uzaq tutmağa məcbur olurlar, yaxud da qara və pəhriz çörəklərinə üz tuturlar. Bütün bu nüansları nəzərə alaraq tam təbii tərkibli qida xammalları istehsal etməyə başladıq.
Besting miksləri və onların faydaları
Artıq çəkidən azad olmaq dadlı və asan ola bilər. Artıq çəkidən azad olmaq istəyənlər, məsələn, qara çovdar çörək miksindən istifadə edə bilərlər. Belə ki, artıq çəkidən qurtulmaq üçün çörəkdən imtina etməyə ehtiyac yoxdur. Yalnız təbii seçilmiş xammallardan hazırlanan bu çörəklə pəhrizi dadlı etmək mümkündür. Və ya qarışıq taxıllı çörək miksi, tam buğdalı çörək miksi kimi çeşidlər uzun müddətli toxluq hissi yaradır, mədə-bağırsaq sisteminin fəaliyyətini normallaşdırır və gün boyu orqanizmin minerallarla zənginləşərək aktiv qalmasını təmin edir.
Fərqli və xüsusi dad sevənlər isə çörəyə müxtəlif çərəz, ədviyyat əlavə etməklə ağız dadlarını dəyişə və sevimli dadlar kəşf edə bilərlər.
Hazır mikslər insanların həyatında hansı rolu oynayır?
Besting şirkəti təbii tərkibli xammal istehsal etməklə yanaşı məhsulların rahat istifadə qaydasını, standart keyfiyyətini, vaxta və enerjiyə qənaət etməkdə insan həyatını düşünmüşdür. Su və maya əlavə etməklə zəngin taxıl və lif tərkibli, standart keyfiyyətli çörək əldə edəcəksiniz. Digər çörək xammalları haqqında növbəti bloq postumuzda maraqlı faktlar paylaşacağıq.