Şirkət haqqında

Besting MMC 2018-ci ildə Azərbaycanda qurulmuş qənnadı və çörək sektoru üçün qida xammalları istehsalı ilə məşğul olan şirkətdir. Bazarın inkişaf tempi istiqamətində irəliləmək və bazarı keyfiyyətli məhsul ilə təmin etmək əsas vəzifəmiz olaraq təyin edilib. Çörək və qənnadı istehsalçılarının güvənli tərəfdaşı olmaqla onlara kreativ ideyalar, dünyada bu sektorda yaranan yeni trendlər, yeni reseptlər, yeni konseptlərin hazırlanması üzrə məsləhətçi və köməkçi kimi fəaliyyət göstəririk. Daima istehsalçılara yaxın mövqe tutmaqla yaranan bütün istehsal problemlərində onlara dəstək olmaq şirkətimizin əsas vəzifələrindən biridir. Xidmət sektorumuzun professional işçi heyəti Azərbaycan və onun hüdudlarından kənarda olan çörək və şirniyyat ustalarına hər zaman dəstək verməkdədir. Biz ən yaxşı xammallardan hazırlanan keyfiyyətli məhsullarımızı texnoloji dəstəyimizlə birləşdirərək yüksək səviyyədə xidmətimizlə Sizin qənnadı və çörək sahəsində güvənli köməkçinizik!

Missiya və Dəyərlərimiz

BESTİNG ailəsi olaraq müştərilərimizə dəyişməyən stabil keyfiyyətli məhsul və daimi güvənli tərəfdaşlıq təklif edirik. Sevərək yaratdığımız işin bizə güvəniniz və inamınız olmadığı halda bir dəyəri yoxdur. Məhz buna görə biz daima yeniliklər etməklə, yüksək səviyyədə texnoloji dəstək verməklə Sizin yanınızda yer almaqdan qürur duyuruq. Biz daima üzərimizdə çalışaraq dünyadakı yenilikləri istehsalımıza tətbiq edirik. Stabil və keyfiyyətli məhsullarla Sizi təmin etmək başlıca vəzifəmizdir. 

Biz çalışdığımız hər bölgənin mədəniyyətinə yaxınlaşmağa, orada yaşayan insanların ağız dadına uyğun məhsullar istehsal etməyə çalışırıq. Bunun üçün inanılmaz qüvvət və zəhmət sərf edirik. Çünki bu bölgələrin nəinki qida sektorunun inkişafına, həmçinin mədəniyyətinə də bir qatqımız olsun istəyirik. Bizim işimiz yalnız istehsalla kifayətlənmir, həmçinin insanları və fərqli mədəniyyətləri bir-birinə yaxınlaşdırır. İstər çalışdığımız komandamızda, istərsə də dünyanın müxtəlif ölkələrindəki tərəfdaşlarımızla qurduğumuz güvənli və daimi əməkdaşlığımızın sirri də məhz bundadır.

Düşünürük ki, zaman keçdikcə insanlar daha çox sağlamlıqlarının qayğısına qalacaqlar, daha sağlam qidalar axtaracaqlar. Biz daima təbii xammalları bir araya toplayıb və daha da mükəmməlləşdirərək xüsusi məhsullar təqdim edəcəyik ki, bu da öz növbəsində insanların sağlam qidalanmasın təmin edəcək. SAĞLAM QİDA VƏ FƏRQLİ DAD! Bu sözlərin vəhdəti özünü BESTİNG xammalları ilə hazırlanan məhsullarda tapacaq!

DEMO Təlimlərimiz

Keyfiyyət siyasəti

Besting-də qida təhlükəsizliyi siyasəti və prosedurlar bütün müştəriləri təhlükəsiz və sağlamlığa yararlı məhsullarla təmin etmək üçün mövcuddur.

Biz təchizatçılara və müştərilərə verdiyimiz qida məhsullarının bütövlüyünün yoxlanılmasını və diqqət göstərilməsini təmin edən sistem daxilində keyfiyyət təminat proqramını həyata keçiririk.

Bir çox növ qida məhsulunu böyük miqyasda istehsal edərkən keyfiyyətə nəzarət müfəttişlərimiz ISO 22000:2018-ə uyğun olaraq ən sərt qida təhlükəsizliyi standartlarına uyğun prosedurlara ciddi əməl edirlər.

Biz təchizat şöbəsinin keyfiyyət təminat prosedurlarını idarə etdiyimiz zaman əmin oluruq ki, istehsal üçün istifadə etdiyimiz məhsullar laboratoriya testindən keçirilmiş və ən yüksək keyfiyyətdə olan təmiz məhsullardır. Bütün bu prosesə nəzarət etmək üçün biz ISO 9001:2015 keyfiyyət idarəetmə sistemini tətbiq etmişik.

Uğurlarımız/Sertifikatlar