Buğda orqanizmin enerji mənbəyidir
Buğda gündəlik həyatımızın əsas qidasını təşkil edən,çörəyin hazırlanmasında vacib rol oynayan bitkidir. Buğdanın əsas istehsalçı ölkələri Çin, ABŞ, Hindistandır. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un artımına səbəb olur. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır və iki əsas növü yayılmışdır, yumşаq və bərk buğdа. Çörək üçün unu adətən buğdanın bərk növündən istehsal edirlər, çünki onun tərkibi çörəyin daha keyfiyyətli olmasına səbəb olur. Çünki bu növ buğdadan hazırlanan un daha çox suyu özünə çəkir, hazırlanan çörəyin ovulmasının qarşısını alır və daha keyfiyyətli olur.
Buğda orqanizmin enerji mənbəyidir.
Bilirsinizmi səhər bizim gümrah olmağımızın səbəblərindən biri nədir? Çörəyin bişirilməsində başlıca rolu olan buğdanın tərkibində nişasta mövcuddur. O, insan orqanizminə lazımi enerjini verərək maddələr mübadiləsində mühüm rol oynayır. Buğdanın tərkibində Kalsium və Fosfor kimi faydalı minerallar mövcuddur, hansılar ki, sümük toxuması və daxili orqanların işləməsi üçün vacib elementlərdir. Ürək-damar sisteminin fəaliyyəti üçün vacib olan minerallardan olan Maqnezium və Kalium buğda dənəciklərinin tərkibini təşkil edir.
Besting tam buğdalı çörək miksi
Bestingin istehsal etdiyi qida xammalı olan tam buğdalı çörək miksi peşəkar çörəkçilərimiz, həvəskar şirniyyatçılar və ev şəraitində hazırlayan insanlar üçün ideal seçimdir.Bizim miksi əldə edərək bişirdiyiniz çörəklər sizin müştərilərinizin ağız dadını oxşayacaq, onların uzun müddətlik toxluğunu təmin edəcək və ən əsası orqanizmlərinin sağlığını təmin edəcəkdir. Hazırlanmış çörəkləri isti-isti sobadan çıxaranda “mmm necə dadlı qoxusu var! Acıdım lap!” deyəcəksiniz. Qonaqlarınızın, müştərilərinizin məmnuniyyətini görmək, onlardan müsbət rəy eşitməkdən gözəl nə ola bilər? Beləliklə, Besting məhsullarını almaqla hər kəsin ağız dadını dəyişə və onların sağlamlığına fayda verəcəksiniz.