İlk yazımızda şokoladlı Brauni keksinə yer vermək istəyirik

01.02.2020

Brauni 19-cu əsrin sonlarında Amerikada yaranıb və Kanadada da çox sevilən bir şirniyyata çevrilibdir. Bertha Palmer adlı iş xanımı Çikago dünya Kolumbiya sərgisində iştirak edəcək xanımlar üçün bir qənnadçıdan dadlı şirniyyat hazırlamasını istəyir. Qənnadçı tort dadına bənzəyən, habelə nahar yeməyi setinə də əlavə ediləcək şəkildə bir resept hazırlayır. Braunin reseptində qəhvəyi şəkər tozu, un, əridilmiş yağ, şokolad və çərəzdən istifadə edir. Çox yumşaq dadlı şirniyyat əmələ gəlir. Bertha Palmer bu şirniyyatı o qədər bəyənir ki, sahib olduqları Palmer soyadını daşıyan oteldə də qonaqlara servis etməyə başlayırlar.

Hal-hazırda Brauni dondurma, karamel, krem pendir ilə servis edilir. Çox şokoladlı sevənlər Braunin üzərinə əridilmiş şokolad əlavə edərək dada bilərlər.

Braunin cakey və fudgy adlı iki növü var.

Hər iki brauninin tərkibində un, şəkər tozu, yağ və şokolad olur. Lakin cakey braunidə un, fudgy braunidə isə şokolad və yağ bol olur. 

Besting Brauni miksi də əsl amerikan brauni ləzzətindədir. Qısa zamanda brauni ləzzətinə qovuşmaq üçün Besting mükəmməl nəmliyə və dolğun şokolad dadını özündə birləşdirən miksi təqdim edir. Brauni hazırlamaq üçün həm şokoladı, həm Brauni miksini Besting-dən əldə edə bilərsiniz.


Digər məqalələrimiz: Besting şəkər xəmirindən bir sənət əsəri yaradacaqsınız
Digər məqalələrimiz: Şokoladın orqanizmə faydası