Günəbaxan tumlu ləziz çörək

16.06.2020

Çörək hər dövrdə insanların qida rasionunun ayrılmaz hissəsini təşkil edib. Fərqlilik yaratmaq və ağız dadını dəyişmək üçün, insanlar çörək növlərinin dəyişikliyinə çalışıblar. Xəmirin tərkibindəki əlavələr dünyadakı regionlar üzrə insanların ağız dadına görə dəyişir.

Məsələn, italyanlar - zeytun və reyhan, meksikalılar - qarğıdalı, pribaltika xalqları - zirə, qafqazlılar isə günəbaxan, balqabaq və küncüt tumları əlavə edirlər. Tərkibində tum olan çörəyin kalorisi 100 qram məhsula 302 kkal təşkil edir.

Tumlu çörəyin tərkibi və faydalı xüsusiyyətləri

Günəbaxan tumlu çörəyin tərkibində zəngin və balanslaşdırılmış vitamin kompleksi mövcuddur. Bu kompleksin tərkibində A, B1, B2, B5, B6, B9, E, H və PP vitaminləri, həmçinin orqanizm üçün lazım olan: kalium, kalsium, selen, mis, dəmir, kobalt, fosfor, natrium və digər mineral maddələr mövcuddur.

Ev şəraitində çörəyin bişirilməsi

Əgər ev şəraitində çörək bişirməyə həvəsiniz varsa, günəbaxan tumlu çörək hazırlamaq tam yerinə düşəcək. BESTING-in “Günəbaxan tumlu çörək miksi” məhsulunu əldə etmisinizsə, demək olar işin yarısından çoxunu görmüsünüz.

Qablaşdırmanı açırsınız, miksi xəmirinin yoğurulması üçün istifadə edəcəyiniz masanın üzərinə əlavə edirsiniz. 3 yemək qaşığı ilıq halda olan süd, 2 xörək qaşığı quru maya, 1 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırırsınız. Daha sonra mayalanması üçün isti bir yerdə gözlədirsiniz. Xəmir mayalandıqdan sonra ona 350 ml su və günəbaxan yağı əlavə edirsiniz. Bu resepti uzun yazmaq olar, lakin evdar xanımlar bunu daha yaxşı bilir. Ən əsas məsələ Bestingin miksinin tərkibində günəbaxan tumlarının və orqanizmə vacib liflərin olmasıdır. Xəmir hazır olduqdan sonra təxminən 40 dəqiqə müddətində bişməsi üçün sobaya yerləşdirirsiniz və bu müddətdən sonra ləzzətli çörək süfrənizi bəzəyəcək.