Çörəyin doğru saxlanılma yolları

14.07.2020

İstər mağazadan aldığımız, istərsə də ev şəraitində hazırladığımız çörək və un məmulatlarının keyfiyyətinin qorunması üçün müəyyən qaydalar var ki, onlara riayət etmək lazımdır.

İlkin olaraq isti çörəyi və ya un məmulatını paketdən ayırıb, masanın üzərində dəsmal və ya hər hansı bir təmiz parçanın üzərinə yerləşdirmək lazımdır. Məmulat tam olaraq soyuduqdan sonra onu çörək saxlama qabına qoymaq lazımdır. Tez-tez çörək saxlama qabını çörək qırıntılarından və qabı 1-2% lı sirkə həlli və ya soda ilə təmizləmək gərəkdir. Polietilen torbalardan istifadə etmək tövsiyə olunmur.

Ağ çörək və qara çörəyin arasında bir-birinə qarşı əks təsirin olduğunu bilirsinizmi? Sınaqdan keçən məlumata əsasən, çovdar və buğda çörəyini birgə saxlamaq olmaz. Səbəb isə ağ çörəyin yanında yerləşdirilən qara çörəyin qoxusunu özünə çəkməsi və dadını itirməsidir.

Çörəyin gec boyatlaşması üçün qaydalar

Çörəyi toz ağacından hazırlanan qabda saxlamaqla, onu bir neçə gün ərzində təzə kimi saxlaya bilərsiniz. Soyuducuda və qaranlıq məkanlarda saxlamaq tövsiyə olunmur. Çünki çörək nəmi özünə çəkir və tez xarab olur.

Bəs çörəyin gec boyatlaşmasının sirri nədədir? Çörək yerləşən qaba kəsilmiş alma dilimi, təmizlənmiş kartof və ya duz yerləşdirin. Nəticə etibarı ilə necə gec boyatlaşdığını müşahidə edəcəksiniz!

Çörək istehsaçıları zavod şəraitində xüsusi texnologiyalar vasitəsi ilə çörək və un məmulatlarını istehsal edir. İstehsal zamanı tərkibinə müxtəlif qatqılar əlavə edilir ki, bu da öz növbəsində gec boyatlaşmasına səbəb olur. Bu texnologiya zavod şəraitində sınaqlardan keçirilmişdir deyə, tətbiq edilməsi zəruridir.

Mağazadan evə isti şəkildə gətirilən çörək soyuduqdan sonra dəsmal arasında və ya qalın parça paketdə saxlamaq tövsiyə olunur. O çörəyin tərkibində olan 50%-ə yaxın nəmliyin gec buxarlanmağına səbəb olur və çörəyi kənar qoxuların təsirindən qoruyur.