Besting şəkər xəmirindən bir sənət əsəri yaradacaqsınız
"Besting" şirkəti peşəkar ustalar üçün habelə həvəskar şirniyyatçıların tort dekorasiyasında öz fantaziyalarını mükəmməl hazırlamaq üçün Besting Şəkər xəmirini təqdim edir. Bir tortun üzərində əsl sənət əsəri yaratmaq, bununla yanaşı mükəmməl hamar bir səthə malik səliqəli, şirin bir şəkər xəmiri vasitəçi rol oynayır.
Şəkər xəmiri doğum günü, toy və digər özəl günlərdə, istənilən çeşiddə şirniyyatların əvəzolunmaz xammal vasitəsidir. Müxtəlif fiqurlar və sevilən personajlar ilə dekor olunan tortlar daha göstərişli və gözoxşayan olması ilə seçilir. İstehsal etdiyimiz şəkər xəmiri xüsusi texnologiya ilə istehsal olunur və mükəmməl hamarlığa və elastikliyə malikdir.
Şəkər xəmiri sərin və rütubətsiz yerdə 15-25 C qapalı şəkildə saxlanılır. Çünki şəkər xəmiri hava ilə təmasda tez quruma xüsusiyyətinə malikdir.
İlkin hazırlanma versiyası ağ rəng olan şəkər xəmirini qida boyaları ilə müxtəlif rənglərə boyamaq mümkündür. “Besting” şəkər xəmirinin rəng palitrası - ağ, qırmızı, mavi, çəhrayı, sarı, bənövşəyi və yasəmən rənglərindən ibarətdir.
“Besting” şəkər xəmirinin üstünlükləri.
- Azərbaycan Qida Təhlükəsizliyi standartlarına uyğundur;
- Tərkibində jelatin, donuz yağı və qatqılar yoxdur;
- Son texnoloji avadanlıqlardan istifadə olunaraq istehsal olunur;
- Hamar, yumşaq və dadlıdır;
- Müxtəlif rəng çeşidləri mövcuddur;
- Asanlıqla istənilən formanı vermək mümkündür.
“Besting” şəkər xəmirinin tətbiq sahəsi aşağıdakılardır:
- Tortlarda örtmə vasitəsi kimi;
- Fiqurların hazırlanması;
- Çiçək və güllərin hazırlanması;
- Peçeniya, cupcake və popkeklərdə örtmə və dekor vasitəsi kimi.
XVI - əsrin əvəzsiz dekor vasitəsi - Şəkər xəmiri.
XVI əsrdə yaranan şəkər xəmiri ilk zaman konfetlərin hazırlanmasında istifadə olunub. Bu şirniyyat növünü zəngin təbəqənin üzvləri istifadə edirdi. XX əsrin ortalarından başlayaraq tortların bəzədilməsi üçün istifadə olunmağa başlayıb. Həmin dövrdə toy tortlarının bəzədilməsində şəkər xəmiri əsas dekor vasitəsi idi.