"Besting" şirkəti 2020-ci illə bağlı planlarını açıqlayıb

02.03.2020

2018-ci ildən etibarən bazarı keyfiyyətli məhsulla təmin etmək vəzifəsini üzərinə götürən şirkət bu il də missiyasına sadiq qalacaq. Daha çox insanın keyfiyyətli məhsulla təmin olunması üçün şirkət cari il ərzində xidmət şəbəkəsini (əhatə dairəsini) maksimum genişləndirmək niyyətindədir.

BESTING-in qida mühəndisi Həvva Uğur bildirib ki, yarandığı gündən şirkətin əsas hədəfi istehlakçıları keyfiyyətli məhsullarla təmin etməkdir: "Biz bu yola "Sağlam qida və fərqli dad!" devizi ilə çıxdıq. Sağlamlığınızın qeydinə qalmaq üçün gecə-gündüz və var gücümüzlə çalışırıq, inanılmaz zəhmət sərf edirik. Zəhmətimizin hədər getməməsi komandamıza böyük motivasiya verir. Məqsədimiz odur ki, sağlam qida deyəndə ilk ağıla gələn biz olaq!"

H.Uğur onu da bildirib ki, yerli bazarda möhkəmlənməklə yanaşı, 2020-ci ildə BESTING ixrac coğrafiyasını da genişləndirəcək: "Bizim əsas üstünlüklərimizdən biri də odur ki, çalışdığımız hər bölgənin mədəniyyətinə, orada yaşayan insanların ağız dadına uyğun məhsullar istehsal etməyə çalışırıq. Bir bölgələrin nəinki qida sektorunun inkişafına, həm də mədəniyyətinə qatqı vermək istəyirik. Digər tərəfdən biz Azərbaycandan kənarda ölkəmizin istehsal gücünü və mədəniyyətini də təbliğ etmiş oluruq".

Bundan başqa, qida mühəndisi yeni istehsal xətlərinin qurulmasının anonsunu da verdi. Daim dünya trendlər ilə ayaqlaşmağı, qlobal yenilikləri istehsalında tətbiq edən BESTING bu il də gücünə güc qatacaq. "Sürətlə dəyişən zamanda tərəfdaşlarımız və istehlakçıkar bizdən daha yeni məhsullar, reseptlər, xidmətlər tələb edir. Təbii ki, biz də bununla ayaqlaşmalıyıq. Bunun üçün kifayət qədər texnoloji resursumuz, işçi qüvvəmiz və işləmək həvəsimiz var. Peşəkar komandamız nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da çörəkşirniyyat ustalarına hər zaman dəstək verməkdədir".

Başqa bir yenilik isə ondan ibarətdir ki, cari il ərzində BESTING tərəfindən bazara yeni qablaşdırmada məhsullar çıxarılacaq. Dəyişən yalnız həcmdir, keyfiyyət dəyişməz qalır! Çünki BESTING məhsulları keyfiyyətin simvoludur!

BESTING xammalları ilə hazırlanan istənilən məhsullar hər kəsin ağız dadına uyğundur. Sınayanlar bilir...