KEYFİYYƏT ÜZRƏ MÜTƏXƏSSİS

ƏSAS ÖHDƏLİKLƏR:

  • Mövcud standartlar və müştərilərin tələblərinə cavab vermək üçün tərəfindən yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət üzrə işin təşkili;
  • İşin (xidmətlərin) keyfiyyətinin artırılması, onların elm və texnikanın müasir inkişaf səviyyəsinə, daxili və xarici bazarın tələbatına uyğun olmasınının təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
  • İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi işinin təşkili, onların aradan qaldırılması üzrə tədbirlərin görülməsi;
  • Təşkilata daxil olan maddi vəsaitlərin yoxlanılması, keyfiyyət standartlarına və texniki şərtlərə uyğun olması haqqında rəylərin hazırlanması;
  • Maddi vəsaitlərin keyfiyyəti üzrə təhvil alma nəzarət aktların tərtib edilməsi;
  • İş prosesinin bütün mərhələlərində əməliyyat nəzarəitinin keçirilməsi;
  • Ayrı-ayrı texnolojı əməliyyatlarının, texnoloji avadanlıqlarının və alətinin keyfiyyəti üzrə nümunəli təftiş nəzarətin həyata keçirilməsi;
  • Nomenklaturanın ölçülən parametrlərin və optimal sərrastlıq ölçülər normasının müəyyənləşdirilməsi;
  • Göstərilən xidmətlərin və maddi vəsaitlərin keyfiyyətinə, komplektliyinə nəzarət;
  • İstehlakçılarla xidmətlərin keyfiyyəti üzrə qarşılıqlı məlumat mübadiləsinin təşkili;
  • Nəzarət əməliyyatların nəticələrinin təşəkkülü, xidmətlərin keyfiyyət əmsalların hesablanmasının aparılması, xidmətlərin keyfiyyəti üzrə dövraşırı hesabatların tərtibi;
  • Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtlı-vaxtında tədbirlərin keçirilməsi;
  • Xidmətlərin keyfiyyətini yüksəldilməsi üçün təkliflərin hazırlanması;
  • Təşkilat tərəfindən yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təmin edilməsi;
  • Keyfiyyətsiz xidmətlərin göstərilməsinin qarşısını almaq.
  • Xidmətlərin göstərilməsi üzrə maddi-texniki və metodoloji təminat (normativ-texniki və texnoloji sənədləşdirmə, soraq materialları).
  • Təşkilatın ayrı-ayrı struktur bölmələrinin xidmətlərin göstərilməsi üzrə məsuliyyətin və nizam-intizamın möhkəmlənməsi.
     

ƏSAS TƏLƏBLƏR:

  • Müvafiq sahədə 3 il iş stajı

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) cv@besting.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

ÇÖRƏK USTASI

ƏSAS ÖHDƏLİKLƏR:

  • Xammalı sifariş vermək, qəbul etmək, keyfiyyətini yoxlamaq və saxlamaq;
  • Tələbləri müəyyən etmək və təchizatın sifarişini vermək;
  • Xammalın keyfiyyətinin standart və tələblərə uyğunluğunu yoxlamaq;
  • Düzgün saxlanma və qablaşdırma proseslərini tətbiq etmək;
  • Xəmiri və digər un və qənnadı məhsullarını hazırlamaq və emal etmək;
  • Xəmiri və digər un məhsullarının hazırlanması üçün reseptlərə uyğun olaraq inqrediyentləri ölçmək və qarışdırmaq;
  • Xəmiri və digər un məhsullarının emal prosesi üçün hazırlamaq və düzgün ədviyyat, qabartma və konservasiya materialları əlavə etmək;
  • Əlavə məhsulları yeni formaya salmaq və itkinin qarşısını almaq;
  • Çörək, un məmulatları və digər oxşar məhsulların hazırlanması üçün xəmiri bükmək, kəsmək və formalara salmaq;
  • Çörək xəmirlərini aralıq və son nəzarət üçün ölçmək və qəlibə qoymaq;
  • Çörəkbişirmə avadanlıqlarını hazır vəziyyətə gətirmək, onlardan istifadə etmək və texniki xidmətini həyata keçirmək;
  • Uyğun alət və maşınları seçmək, onlardan istifadə etmək və texniki xidmət həyata keçirmək;
  • Sobanı və bişirmə prosesini düzgün şəkildə tənzimləmək;
  • Xəmiri tava, qəlib və listlərə qoyub çörəkbişirmə sobasında bişirmək;
  • Bişirmə prosesinə nəzarət etmək;
  • Müstəqil şəkildə və komanda üzvü kimi işləmək;
  • Məhsulun maya dəyərinin qiymətləndirilməsinə yardım etmək;
  • Öz fəaliyyətini planlaşdırmaq;
  • Fərdi planlaşdırmanı həyata keçirmək;
  • Mövcud standartlara əsasən keyfiyyətə təminat vermək;
  • Nəticələr barədə hesabat vermək və statistik məlumatları təqdim etmək.


ƏSAS TƏLƏBLƏR:

  • Peşə ixtisas təhsili;
  • Müvafiq sahədə 3 il iş stajı;
  • İşə qəbul olunarkən sağlamlıq haqqında tibbi arayış;
  • Yaxşı sağlamlıq vəziyyəti – dəri allergiyası və ürəklə bağlı problemin olmaması.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) cv@besting.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

İSTEHSALAT ÜZRƏ MÜHASİB

ƏSAS ÖHDƏLİKLƏR:

  • Sistemə yeni reseptlərin daxil edilməsi;
  • Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
  • Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
  • Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
  • Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
  • Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqılarının və Kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
  • Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
  • İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərii təmin etməli;
  • Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
  • Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
  • Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.

 

ƏSAS TƏLƏBLƏR

  • İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə - Ali təhsil;
  • Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 3 illik iş təcrübəsi olmalı;
  • Mühasibat uçotu və vergi qanunvericiliyi, İFRS üzrə mükəmməl biliklərə sahib olmalı;
  • Müvafiq sahə üzrə sertifikatları olmalı;
  • ERP sistemləri üzrə bilik və təcrübələri olmalı, eyni zamanda LOGO Enterprise, MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
  • Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı;
  • Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlükdür.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) cv@besting.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

SATIŞ TƏMSİLÇİSİ/ MÜTƏXƏSSİSİ

ƏSAS ÖHDƏLİKLƏR:

  • “BESTİNG”MMC-nin məhsul satışlarının və xidmətlərinin aparılması;
  • Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin bölgə satış müdirinə hesabat verilməsi;
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik, rüblük, aylıq və illik hesabatların verilməsi;
  • İstehsal edilən məhsul və göstərilən xidmətlərdə müştərilərin təlabatlarının araşdırılması və müştərilər ilə sifarişlərin razılaşdırılması;
  • Yeni müştərilərin cəlb edilməsi;
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Marketing departamenti ilə işləyə bilmə bacarığının olması;
  • Marketinq şöbəsinin illik büdcəsinə uyğun reklam və marketinq aksiyalarının təşkili və həyata keçirilməsi (intensiv marketinq, gizli marketinq, açıq marketinq və s.);
  • Reklam vasitələrinin (buklet, plakat və s.) dizaynı üzrə təkliflər verə bilər və işin gedişatına birbaşa nəzarət edib, çap olunmasını təşkil edir;
  • Əldə olunan informasiya və bilgiləri hesabat şəklinə salaraq bu hesabatı öz performansını artırmaq məqsədilə istifadə etmək;
  • Sahədəki fəaliyyətlə birgə əldə olunan məlumatları analiz etmək və istifadə etmək bacarığı;
  • Ofisdə sənəd və faylların, ofis ləvazimatlarının, kompüter və digər əşyaların nizamlı olması.

 

ƏSAS TƏLƏBLƏR:

  • Ünsiyyət qurmaq bacarığı;
  • Azərbaycan, rus dillərini bilmək. İngilis dili arzuolunandır;
  • İş təcrübəsi arzuolunandır.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) cv@besting.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

XARİCİ ƏLAQƏLƏR ÜZRƏ MENECER

ƏSAS ÖHDƏLİKLƏR:

  • Liderlik qabiliyyəti və idarəetmə təcrübəsi;
  • İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;
  • Xarici qonaqları qarşılamaq;
  • Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
  • Şirkəti yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil etmək;
  • Xarici maliyyə qurumları tərəfindən xarici investisiyaların cəlb olunmasında iştirak etmək;
  • İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
  • Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanmaq.

 

ƏSAS TƏLƏBLƏR:

  • Ali təhsil (beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq əlaqələr ixtisası üzrə);
  • İş təcrübəsi: ən azı 2-3 il;
  • Dil bilikləri: Azərbaycan, türk, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
  • Ofis proqramlarından istifadə etmə bacarığı olmalı;
  • Güclü ünsiyyət, analitik bacarıqları;
  • Minimum maliyyə bilikləri;
  • Bazar araşdırması bilikləri;
  • Planlaşdırma, analiz və idarəetmə bacarığı;
  • Layihə üzrə icra bacarıqları;
  • Biznesin təşkili üzrə bacarıqlar;
  • Səlis nitqə malik olmalı.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) cv@besting.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

TƏCHİZAT ÜZRƏ MENECER

ƏSAS ÖHDƏLİKLƏR:

  • Biznes planın tələlərinə, qanunvericiliyə, siyasət və prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
  • Biznes planda müəyyən edilmiş təchizat məqsədlərinə nail olmaq üçün kommersiya strategiyası müəyyən etmək və təsdiq etmək, hüquqi, texniki tələblərə riayət etmək;
  • Prosedurlar, normalar və təlimatlara uyğun olaraq təchizat prosesi üçün risk qiymətləndirməsi aparmaq;
  • Texniki tələblərə uyğun olaraq təchizatçıların və ya xidmət təminatçılarının təkliflərini qiymətləndirmək üçün proses və meyarlar müəyyən etmək, tender qiymətləndirmə planında qeydlər aparmaq;
  • Qanunvericiliyə, siyasət və prosedurlara uyğun olaraq təchizat prosesini və müqavilə razılaşmalarını idarə etmək üçün təchizat planı hazırlamaq;
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə təchizatçıları müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
  • Potensial təchizatçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.
  • Təchizatı həyata keçirmək;
  • Təchizat fəaliyyətinə və təşkilatın prosedurlarına uyğun olaraq təkliflər etmək, təchizat metodunu seçmək;
  • Tələb olunduğu təqdirdə təklifləri qiymətləndirməyə yardım etmək üçün mütəxəssis məsləhətindən istifadə etmək;
  • Tender qiymətləndirmə planına, təşkilatın siyasət və prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək;
  • Təchizat planına, təşkilatın siyasət və prosedurlarına uyğun olaraq qalib və məğlub təchizatçıları/təminatçıları məlumatlandırmaq;
  • Heç bir öhdəlik götürməmək və ya ödəniş etməmək, podratçılarla müqavilə razılaşmaları rəsmiləşdirilməyənə qədər işə başlamamaq;
  • Təchizat prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək;
  • Sifarişin statusu, dəyişikliklər və ya ləğv etmə ilə bağlı müştəri və təchizatçının sorğularına cavab vermək;
  • Lazım olduğu təqdirdə təchizat funksiyasını yerinə yetirmək;
  • Ehtiyat miqdarlarının ehtiyaca cavab verdiyini müəyyən etmək və lazım olduğu təqdirdə əlavə materiallar sifariş vermək;
  • Təchizat üçün sifarişlər hazırlamaq, onların surətlərini təchizatçılara və təklif təqdim edən müəssisələrə göndərmək;
  • Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün müraciət sifarişlərini nəzərdən keçirmək;
  • Təchizat faylları, hesabatlar və qiymət siyahılarını hazırlamaq, yeniləmək və təhlil etmək;
  • Mal və ya xidmətləri qəbul etmək;
  • Tələbnamələrin, müqavilələrin və sifarişlərin statusunu izləmək;
  • Çatdırılma qrafikini müəyyən etmək və sürətləndirmək, malların çatışmaması, itməsi, gec çatdırılması və s. ilə bağlı problemləri həll etmək üçün təchizatçılarla əlaqə saxlamaq;
  • Təchizat tələblərinə uyğun olaraq malları təhvil almaq və ya xidmət təminatını qəbul etmək;
  • Mal və ya xidmətlərin təchizat tələblərinə və arzu edilən nəticələrə uyğun gəlməsini təmin etmək üçün keyfiyyətə təminat prosesini həyata keçirmək;
  • Texniki şərtlərdən kənarlaşmaları həll etmək üçün səlahiyyəti çərçivəsində müvafiq tədbirlər görmək, yaxud təşkilatın siyasət və proseduruna uyğun olaraq məsələni aidiyyəti tərəflərə ötürmək;
  • Təşkilatın prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək;
  • Audit yoxlamasını təmin etmək, digər təşkilati məqsədləri həyata keçirmək üçün müəssisənin və qanunvericiliyin tələblərinə uyğun olaraq uçot aparmaq, hesabat tələblərinə cavab vermək;
  • Sifarişin dəyərini hesablamaq, qaimələri müvafiq hesablara yönəltmək və ya göndərmək;
  • Ödəniş üçün qəbzləri təsdiq etmək;
  • Podratçıları idarə etmək;
  • Podratçı(lar) ilə əlaqə yaratmaq və əlaqələri davam etdirmək üçün kommunikasiya strategiyaları hazırlamaq;
  • Mal və ya xidmətlərin keyfiyyətini təmin etmək üçün fəaliyyəti müqavilə öhdəlikləri ilə müqayisə etmək, müqavilə şərtlərinin yerinə yetirilməsini təmin etmək;
  • Uyğunluğu təmin etmək məqsədi ilə müqavilənin fəaliyyət göstəricilərini müntəzəm şəkildə nəzərdən keçirmək;
  • Müəssisənin və müqavilənin tələblərinə uyğun olaraq müqavilədən kənarlaşmalar üçün razılıq almaq;
  • Müqavilə şərtlərinə uyğun olaraq mübahisələri/şikayətləri araşdırmaq, sənədləşdirmək və istiqamətləndirmək;
  • Podratçılarla bağlı müqavilə öhdəliklərini yerinə yetirmək;
  • Müqavilə işlərini tamamlamaq;
  • Alınan mal və xidmətlərin müqavilə şərtlərinə və tələb olunan nəticələrə uyğunluğunu təmin etmək, təşkilatın prosedur qaydalarına uyğun olaraq ödəniş üçün hesabları emal etmək;
  • Müqavilə şərtlərinə uyğun olaraq müqavilələri yekunlaşdırmaq;
  • Müqavilənin yerinə yetirilməsi, nəticələr və idarəetmə proseslərini qiymətləndirmək, əldə edilən nəticələri qeyd etmək və müqavilənin idarə edilməsi ilə bağlı cari proseslərdə məlumat məqsədi ilə istifadə etmək.
  • Təchizat prosesini yekunlaşdırmaq və hesabat vermək;
  • Müəssisənin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində təchizat prosesini yekunlaşdırmaq;
  • Təchizat prosesinin tələb olunan keyfiyyət standartlarına və təchizat məqsədlərinə cavab verməsini təsdiq etmək üçün yoxlama təşkil etmək;
  • Təchizat prosesinin məqsədlərindən kənarlaşmaları və ya nöqsanları müəyyən etmək, təşkilatın tələblərinə uyğun olaraq operativ şəkildə təkmilləşdirmə tədbirləri görmək;
  • Mövcud SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) normalarına, təşkilati və qanunvericilik tələblərinə uyğun olaraq sistemlər, qeydlər və hesabatları təmin etmək məqsədi ilə biznes avadanlığı və texnologiyasından istifadə etmək.

 

ƏSAS TƏLƏBLƏR:

  • Azərbaycan, rus dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
  • Kompyuter biliyi: Microsoft Office, proqramlarını bilməli;
  • Məsuliyyət, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) cv@besting.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

SÜRÜCÜ-EKSPEDİTOR

ƏSAS ÖHDƏLİKLƏR:

  • Satışa buraxılan məhsulu Cəmiyyətin “BESTING” MMC-nin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırmaq;
  • Əlavə olunan plan və hesablaşmalar qaydalarında tərtib edilən həcmdə mallar satmaq;
  • Kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulun çatdırılmasını təmin etmək;
  • İşini keyfiyyətlə yerinə yetirmək;
  • Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar dəqiq və ətraflı hazırlayıb şöbənin menecerinə yazılı surətdə təqdim etmək;
  • Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq;
  • Məhsulu satışa hazırlamaq və realizə etmək;
  • Məhsulun düzgün qiymətləndirilməsini müəyyənləşdirmək;
  • Məhsula satış görünüşünü vermək;
  • Satış rəflərində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirmək;
  • Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək.

 

ƏSAS TƏLƏBLƏR:

  • Təhsil: önəmli deyil;
  • Avtonəqliyyatın müvafiq növlərini idarə etmək hüququ verən rəsmi dövlət sənədinin olması (sürücülük vəsiqəsi);
  • 3 (üç) ildən az olmayaraq sürücü vəzifəsində iş stajı.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) cv@besting.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

ŞİRNİYYAT/ŞOKOLAD USTASI

ƏSAS ÖHDƏLİKLƏR:

  • Xammalı sifariş vermək, qəbul etmək, keyfiyyətini yoxlamaq və saxlamaq:
  • Tələbləri müəyyən etmək və təchizatın sifarişini vermək;
  • Xammalın keyfiyyətinin standart və tələblərə uyğunluğunu yoxlamaq;
  • Düzgün saxlanma və qablaşdırma proseslərini tətbiq etmək.
  • Şokoladı, xəmiri və digər un və qənnadı məhsullarını hazırlamaq və emal etmək:
  • Şokoladı, xəmiri və digər un və qənnadı məhsullarının hazırlanması üçün reseptlərə uyğun olaraq inqrediyentləri ölçmək və qarışdırmaq;
  • Şokoladı, xəmiri və digər un və qənnadı məhsullarının emal prosesi üçün hazırlamaq və düzgün ədviyyat, qabartma və konservasiya materialları əlavə etmək;
  • Əlavə məhsulları yeni formaya salmaq və itkinin qarşısını almaq;
  • Rulet, tort, peçenye və digər oxşar məhsulların hazırlanması üçün xəmiri bükmək,kəsmək və formalara salmaq;
  • Tort, qənnadı və digər məmulatların bəzədilməsi üçün şəkər siropu və digər bəzək maddələri hazırlamaq;
  • Hazırlanmış un məmulatını aralıq və son nəzarət üçün ölçmək və qəlibə qoymaq;
  • Bişirmə avadanlıqlarını hazır vəziyyətə gətirmək, onlardan istifadə etmək və texniki xidmətini həyata keçirmək;
  • Uyğun alət və maşınları seçmək, onlardan istifadə etmək və texniki xidmət həyata keçirmək;
  • Sobanı və bişirmə prosesini düzgün şəkildə tənzimləmək;
  • Xəmiri tava, qəlib və listlərə qoyub çörəkbişirmə sobasında bişirmək;
  • Bişirmə prosesinə nəzarət etmək;
  • Müstəqil şəkildə və komanda üzvü kimi işləmək;
  • Məhsulun maya dəyərinin qiymətləndirilməsinə yardım etmək;
  • Öz fəaliyyətini planlaşdırmaq;
  • Fərdi planlaşdırmanı həyata keçirmək;
  • Mövcud standartlara əsasən keyfiyyətə təminat vermək;
  • Nəticələr barədə hesabat vermək və statistik məlumatları təqdim etmək.

 

ƏSAS TƏLƏBLƏR:

  • Peşə ixtisas təhsili;
  • Müvafiq sahədə 3 il iş stajı;
  • İşə qəbul olunarkən sağlamlıq haqqında tibbi arayış;
  • Yaxşı sağlamlıq vəziyyəti – dəri allergiyası və ürəklə bağlı problemin olmaması.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) cv@besting.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.